Biz sizin üçün buradayıq. Hər an. Hər hansı bir səbəb

Məxfilik Siyasəti

Konfidensiallıq
“Azərbaycan Uşaq Qaynar Xətt”xidmətinin konfedensialliğla bağlı sənədi var və burada uşaq və digər müraciət edənlərdən əldə edilən informasiyanın konfedensial gorunması göstərilir.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyəti zamanı əməkdaşlara təqdim edilən və işlədiklıri yerdə saxlanılan bütün sənədlərin və ümumilikdə, qaynar xəttin saxlanılan və ya istifadə etdiyi məlumatın, həmçinin qaynar xəttə müraciət etmiş şəxslərin/qurumların məlumatlarının və sənədlərinin konfidensiallığı və gizliliyin qorunmasına dair məsuliyyət daşıyacagları barədə məlumat verilib. Eyni zamanda bütün məlumat və sənədlərin digərlərinə ötürülməməsi barədə də informasiya verilib.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları işlədiklıri dövrdə, habelə qaynar xəttə fəaliyyətini dayandırıldıqdan sonra da işlədiyi dövrdə rastlaşdığı və ya istifadə etdiyi hər hansı məlumat və sənədlərin gizliliyinin və konfidensiallığının saxlanılmasına yazılı şəkildə təminat verirlər.
Bu sənədə əsasən, “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti ilə əlaqə saxlayan müştərilər üçün bu sənəd əldə edilə biləndi.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti öz məsləhətcilərinə konfidensiallığın limitilə bağlı təlimlər kecir.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin müştərilərə bildirir ki, hansı hallarda onlar haqqında olan informasiya məxfi saxlanılmayaçaq.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin konfedensiallıqla bağlı media sorğularını cavablandırılmasi ilə bağlı strategiyası var.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti müəyyən edir ki, uşaq və ya onun ailəsi ilə bağlı heç bir informasiya verilmir, heç bir halda reklam materiallarında istifadə edilmir.