1.Şifrə: yüklənmədən sora hər əlavə şifrə tələb edəcəkdir ki, bu da əlavə-nin uşaq və gəncin yalnız özünəməxsus olmasını təmin edəcəkdir. Yalnız doğru şifrənin daxil edil-məsindən sonra Mobil əlavə işlək rejimə keçəcək-dir.
2. Hisslər bölümü: bu bölüm uşaqların öz his-slərini daha yaxşı tanıması və dərk etməsinə kömək edir. Hisslər vacibdir,çünki çox zaman onlar davranışlarımızı yönləndirir.
3. Təqvim: istifadəçi hər gün öz əhvalını mobil əlavəyə yükləməklə hisslərinin dəyişkənliyini izləyə bilər. Eləcə də bu bölüm vasitəsi ilə valideynlər, müəllimlər və tərbiyəçilər uşaqların əhval-ruhiyyəsi ilə yaxından tanış ola bilərlər.
4. Bizə zəng et: Bu bölüm vasitəsilə ilə istifadəçi, uşaq və yeniyetmələr zərurət yaranarsa “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng edə bilirlər.
5. Canlı çat: Bu funksiya vasitəsilə istifadəçilər “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin operatorları ilə əlaqə yaradırlar və mesajlar ən qısa zamanda cavablandırılır.
6. Məlumat köşkü: Mobil Əlavənin bu bölməsi istifadəçiyə stress, təşviş, tənhalıq, depressiya, zorakılıq, şiddət, təcavüz, şəxsiyyətlərarası münasibətlər, təzyiq və digər çətinliklərin öhdəsində gəlmək üçün faydalı məlumatlardan ibarətdir.